Qalereyada sərgilərin keçirilməsi nəzərdə tutulur Qalereyada sərgilərin keçirilməsi nəzərdə tutulur
  • Paytaxt
  • 12 May 2021 22:39
  •  5 379

Dövlət başçısı Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub

Qalereyada sərgilərin keçirilməsi nəzərdə tutulur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olublar.

Aznews.az xəbər verir ki, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qalereyada aparılan işlər barədə məlumat verildi.

Bildirildi ki, burada qaytarılmış Qarabağ xalçalarının sərgisi, “Qarabağ işğaldan əvvəl və sonra”, “Azərbaycan rəssamlarının motivlərində Qarabağ” adlı sərgilərin keçirilməsi nəzərdə tutulur.