Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanda əksini tapıb Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanda əksini tapıb
  • Paytaxt
  • 11 Oktyabr 2021 19:52
  •  5 029

“AYNA” informasiya sistemi yaradılıb

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanda əksini tapıb

Avtomobil nəqliyyatı sahəsində xidmətlərin elektron formada göstərilməsini, habelə məlumatların əlçatanlığını təmin edən “AYNA” informasiya sistemi yaradılıb.

Aznews.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanda əksini tapıb.
Fərmana əsasən, avtomobil nəqliyyatı sahəsində sərnişin və yük daşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və innovativ həllərin tətbiqinin genişləndirilməsinə xidmət edən, eləcə də avtomobil nəqliyyatı sahəsində xidmətlərin elektron formada göstərilməsini, habelə məlumatların əlçatanlığını təmin edən “AYNA” informasiya sistemi yaradılıb.

Fərmana görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “AYNA” informasiya sisteminin yaradılmasını təmin edəcək və həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görəcək.