- Paytaxt
- 16 Oktyabr 2021 19:34
- 5 175
“Prezidentin münaqişədən sonrakı yenidənqurma-bərpa layihələri misilsizdir” - Hikmət Hacıyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün tviterdəki səhifəsində bu fikirləri qeyd edib
“Bu yaxınlarda yeni inşa edilmiş 29 km-lik asfalt yolla azad Talış kəndinə çatdıq. Prezident İlham Əliyevin Azərbaycanın öz maliyyə, inzibati və idarəetmə mənbələri sayəsində başladığı mina təmizləmə işlərinə paralel olaraq münaqişədən sonrakı yenidənqurma-bərpa layihələri misilsizdir”.
Aznews.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tviterdəki səhifəsində yazıb.