“İnanıram ki, dəvətim bizə yeni perspektivlər barədə müzakirələr aparmağa imkan verəcək” “İnanıram ki, dəvətim bizə yeni perspektivlər barədə müzakirələr aparmağa imkan verəcək”
  • Paytaxt
  • 29 May 2022 10:43
  •  5 367

Bolqarıstan lideri İlham Əliyevi ölkəsinə səfərə dəvət edib

“İnanıram ki, dəvətim bizə yeni perspektivlər barədə müzakirələr aparmağa imkan verəcək”

Bolqarıstan Respublikasının Prezidenti Rumen Rudev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.

Bolqarıstan liderinin dəvəti Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə təbrikdə yer alıb.

“Əminəm ki, Bolqarıstan ilə Azərbaycan arasında hər iki ölkənin gələcək inkişafına töhfə verəcək qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlıq üçün çox yaxşı imkanlar var. İnanıram ki, Sizin bu il Bolqarıstana səfər etməyinizlə bağlı dəvətim bizə yeni perspektivlər barədə müzakirələr aparmağa imkan verəcək”, - Rumen Rudev qeyd edib.