- Paytaxt
- 5 İyul 2022 11:32
- 5 984
Pərviz Şahbazov Qazaxıstanın ticarət və inteqrasiya naziri ilə görüşüb

Komissiyanın iclasından əvvəl ikitərəfli əməkdaşlıq məsələlərinə və iclasın gündəliyinə dair fikir mübadiləsi apardıq
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Azərbaycan - Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovla görüşüb.
Bu barədə azərbaycanlı nazir məlumat verib.
"Komissiyanın iclasından əvvəl ikitərəfli əməkdaşlıq məsələlərinə və iclasın gündəliyinə dair fikir mübadiləsi apardıq", - deyə P.Şahbazov əlavə edib.