• Paytaxt
  • 29 Yanvar 2023 22:49
  •  2 712

Azərbaycanın İrandakı səfirliyinin diplomatik fəaliyyəti tamamilə dayandırılıb

“İrandakı səfirliyimizin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq”.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

“Orada 5 nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının və qorunması ilə bağlı müəyyən əməkdaşlar səfirlikdə qalacaqlar, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər”, - nazir müavini vurğulayıb.