• Paytaxt
  • 30 Yanvar 2023 18:39
  •  3 408

Səfir: Britaniya azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına tezliklə qayıtmasını arzulayır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə görüşü ilə bağlı Tvitter səhifəsində paylaşım edib.

Aznews.az xəbər verir ki, səfir bildirib ki, “Böyük Qayıdış” planının icrası ilə bağlı ətraflı müzakirə aparıblar:

“Böyük Britaniya Azərbaycana mina təmizlənməsi sahəsində verdiyi dəstəklə məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtmasını arzulayır”, – səfir qeyd edib.