• Paytaxt
  • 16 Fevral 2023 18:08
  •  3 210

Əminə Ərdoğan humanitar yardıma görə Mehriban Əliyevaya təşəkkür edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya humanitar yardıma görə təşəkkür edib.

AzNews.az xəbər verir ki, o bu barədə “Twitter“də paylaşım edib.

Paylaşımda deyilir:

“Kədəriniz kədərimizdir” deyən azərbaycanlı qardaşlarımızı unutmayacağıq. Axtarış-xilasetmə heyətləri başda olmaq üzrə humanitar yardım təyyarələri ilə ilk gündən etibarən bizimlə olan Azərbaycana və dəyərli dostum Mehriban Əliyevaya dəstəkləri üçün şükranlarımı bildirirəm”, - o deyib.