- Paytaxt
- 22 Mart 2023 15:11
- 4 670
Bakıda 3 otaqlı mənzildə yanğın olub
 
            Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 6 m² sahədə yanıb.
FHN-dən Aznews.az - a verilən xəbərə görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
                 
                             
                             
                             
                             
                             
                            