• Paytaxt
  • 8 Aprel 2023 10:54
  •  2 547

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan üzrə baş idarəsi yaradılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılıb.

Aznews.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ləğv edilib. Xidmətin əsasında SHXÇDX-nin Naxçıvan üzrə baş idarəsi yaradılıb.

Bundan başqa, SHXÇDX rəisinin birinci müavini postu da ləğv olunub.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşılırıb.