Stoltenberq: Azərbaycan və Ermənistanın davamlı sülh əldə etmək imkanı var

Azərbaycan və Ermənistanın indi uzun illər davam edən münaqişədən sonra davamlı sülh əldə etmək imkanı var.

Aznews.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Mən sizin sülh sazişinə həmişəkindən daha yaxın olduğunuz barədə dediklərinizi yüksək qiymətləndirirəm və sadəcə olaraq sizi Ermənistanla davamlı sülh sazişi əldə etmək üçün bu fürsətdən istifadə etməyə təşviq edə bilərəm", - o bildirib.