- Paytaxt
- 20:10
- 1 358
Bakı zavodu "AD Ports Group"un sifarişi ilə konteyner gəmilərinin tikintisinə başlayıb
Bakı Gəmiqayırma Zavodu Əbu-Dabi Limanlar Qrupunun ("AD Ports Group") sifarişi ilə 780 TEU tutumlu iki konteyner gəmisinin inşasına başlayıb.
Aznews.az xəbər verir ki, konteyner gəmiləri Xəzər dənizində istismar üçün layihələndirilib.
Yeni gəmilər Xəzər regionunun əsas ticarət qovşaqları arasında nəqliyyat əlaqəsinin səmərəliliyini artırmaq üçün istismara veriləcək.
Bu müqavilə Bakı Gəmiqayırma Zavodunun əldə etdiyi ilk beynəlxalq sifarişdir. Daha əvvəl qeyd olunub ki, tikinti işlərinin 2028-ci ilə qədər başa çatdırılması nəzərdə tutulub.
Bu konteyner gəmiləri Asiyanı Xəzər dənizi, Cənubi Qafqaz və Qara dəniz hövzəsi vasitəsilə Avropa ilə birləşdirən Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafında mühüm rol oynayacaq.