Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin (BDU) professoru Xalid Əlimirzəyev dünyasını dəyişib. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin (BDU) professoru Xalid Əlimirzəyev dünyasını dəyişib.

Xalid Əlimirzəyev vəfat etdi

Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin (BDU) professoru Xalid Əlimirzəyev dünyasını dəyişib.


BDU-nun filologiya fakültəsinin dekanı Məhərrəm Vəliyevin verdiyi məlumata görə, X. Əlimirzəyev yanvarın 30-da Bakıda vəfat edib.

Mərhum doğulduğu Qəbələ rayonunda dəfn olunub.

Qeyd edək ki, X. Əlimirzəyev 1932-ci il dekabrın 16-da Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. 1974-cü ildən BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olub. 1992-1993-cü illərdə təhsil nazirinin birinci müavini vəzifəsində çalışıb.

15 monoqrafiyanın, 500-dən çox elmi-publisistik məqalənin müəllifidir.

APA.az