Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bir neçə ərazidə böyük şəhərciklər salmaq üçün razılıq alıb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bir neçə ərazidə böyük şəhərciklər salmaq üçün razılıq alıb.

Neftçilər üçün şəhərciklər salınacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bir neçə ərazidə böyük şəhərciklər salmaq üçün razılıq alıb.


Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakı Biznes Mərkəzində gənc neftçilərlə görüşdə məlumat verib.

O qeyd edib ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə aparılıb və razılıq alınıb.

R.Abdullayev SOCAR-ın Qaradağ, Pirallahı və şirkətin torpağı olan digər ərazilərdə kooperativ tikintilər, böyük şəhərciklər salınacağını bildirib.

Onun sözlərinə görə, proqramın icrasına gələn həftədən başlanılacaq: "Bütün neftçi gəncləri evlə təmin etməyə çalışacağıq və proqram gələn həftədən başlanacaq. Artıq SOCAR-ın bir neçə idarəsinə tapşırılıb və hazırlıq işləri görülür. Hər idarəyə imkan yaradılacaq ki, torpaq sahəsi götürsün".

SOCAR rəhbərinin sözlərinə görə, neftçilər təqdim olunacaq uzunmüddətli kreditlər üzrə əmək haqqından tutulmaqla ödəniş həyata keçirəcəklər.

Report.az