“İlhamə Quliyevanın oğulluğu Orxan və dostu Vüqar Mehriban Hüseynova üçün oyun qurub. Mehribanın mətbuata etdiyi müraciətdə hər şey yazılıb. Onun İlhamə Quliyeva haqqında dediklərinin hamısı doğrudur”. “İlhamə Quliyevanın oğulluğu Orxan və dostu Vüqar Mehriban Hüseynova üçün oyun qurub. Mehribanın mətbuata etdiyi müraciətdə hər şey yazılıb. Onun İlhamə Quliyeva haqqında dediklərinin hamısı doğrudur”.

Mehriban Hüseynovanın əri danışdı - “Arvadım günahsızdır...”

“İlhamə Quliyevanın oğulluğu Orxan və dostu Vüqar Mehriban Hüseynova üçün oyun qurub. Mehribanın mətbuata etdiyi müraciətdə hər şey yazılıb. Onun İlhamə Quliyeva haqqında dediklərinin hamısı doğrudur”.


Bu sözləri Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov bildirib.

Tofiq Hüseynov vurğulayıb ki, xanımı ilə telefonla əlaqə saxlayır:

"İndi Vüqara qarşı iki cinayət işi açılıb. Dələduzluqla bağlı yeni bir cinayət işi də açıla bilər. O, dələduzluqla məşğulıdur. Mehribanla telefon vasitəsiylə əlaqə saxlayırıq, səhhəti normaldır. İş prokurorluqdadır. Cavab bizi qane etməsə Apelyasiya Məhkəməsinə müraciət edəcəyik. Çünki mənim həyat yoldaşım günahsızdır. 12 ilə yaxındır ki, onunla evliyəm, xasiyyətinə yaxşı bələdəm. O xanım həyatı boyu elə bir şey etməz.

İlhamə Quliyeva, Orxan və Vüqar bizim həyətimizə gəlmişdilər. Onlar ağzına gələn söyüşlər söyüblər. Bütün məhəllə də eşidib. Bu hadisə keçən ilin oktyabr ayında baş tutmuşdu. Mən bilmirəm ki, hansı nəslin qızıyla ailə qurduğumu? Ona qarşı söyüşlərdən istifadə ediblər. Namuslu və qeyrətli bir qadındır, ona heç kim şər ata bilməz".

Qafqazinfo.az