Həyat yoldaşı İlham Mirzəyevin səhhəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Həyat yoldaşı İlham Mirzəyevin səhhəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Həyat yoldaşından İlham Mirzəyevin səhhəti ilə bağlı - Açıqlama

Həyat yoldaşı İlham Mirzəyevin səhhəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.


AzNews.az xəbər verir ki, o, bu barədə İlham Mirzəyevin facebook səhifəsində yazıb.

Aparıcının həyat yoldaşı bildirib ki, İ.Mirzəyevin belində olan yırtığa görə ağrıları çoxalıb və ağrılar ayaqlarına keçib: "Bir sıra mətbuat vasitələrində İlham Mirzəyevin iflic olması xəbəri ilə bağlı fərqli fikirlər oxuyuram. Bildirim ki, həyat yoldaşımın belində olan yırtığa görə ağrıları çoxalıb və ağrılar ayaqlarına keçib. Hərəkəti məhdudlaşıb".

O, qeyd edib ki, Səhiyyə Nazirliyinin əməkdaşlarının köməyi nəticəsində İ.Mirzəyevin vəziyyəti stabilləşsə də davamlı müalicəyə ehtiyac var: "Ailəmiz adından göstərdikləri köməyə görə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, Səhiyyə nazirliyinin əməkdaşlarına və dəstəyinizə görə hər birinizə minnətdarlığımı bildirirəm".

Bahar RÜSTƏMLİ
AzNews.az