Yeni sürüşmə sahələri daha çox haralardadır?

“Son dövrlər ölkə ərazisində yeni sürüşmə sahələri daha çox cənub bölgəsində yaranıb”.


Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O qeyd edib ki, yeni sürüşmə sahələrinin yaranması cənub bölgəsindəki süxurların xüsusiyyətindən qaynaqlanır: "Məsələn, Lənkəran-Lerik yolunda tez-tez torpaq sürüşməsi baş verir. Yol çəkilən zaman yamac kəsilib. Bunun da təsiri olur. Bundan başqa cənub bölgəsindəki torpaq, süxurlar tez islanır, tez doyur və müvazinətini tez itirir. Nəticədə çökmə və yaxud sürüşmə baş verir".

APA.az