170 minlik qalmaqalla bağlı yeni təfərrüat - Rüşvət verənin adı açıqlandı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq aparat rəhbəri Səfər İmanova qarşı səslənən rüşvət ittihamları ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.


Dövlət komitəsinin bu gün açıqladığı rəsmi məlumatda Səfər İmanova 170 min dollar verməklə icra başçısının müavini olmaq istəyən şəxsin adı açıqlanıb.

AzNews.az xəbər verir ki, məlumatda qeyd edilib: "Sabiq Aparat rəhbəri Səfər İmanov Komitədə işdən ayrıldıqdan bir neçə ay sonra 170 min dollarının mənimsənilməsini iddia edən Kərimov Eynur adlı şəxs Komitəyə müraciət edib. Həmin vətəndaşın dediyinə görə, o, 4 il əvvəl Səfər İmanova pul vəsaiti təqdim edib. Eyni zamanda rəqəmlər şəxs tərəfindən dəyişdirilərək hər dəfə fərqli ifadə edilib".

Qeyd edək ki, icra başçısının müavini olmaq üçün 170 min dollar rüşvət verən şəxsin aparıcı KİV-lərdən birinin şöbə redaktoru olduğu bildirilirdi.

Məlumata görə, həmin şəxs xanımını icra başçısının müavini vəzifəsinə düzəltməsi üçün bu məbləği S.İmanova verib.