Bakıda vətəndaşları aldadan pul fırıldaqçıları yenə də iş başındadırlar. Həmin fırıldaqçıların Nizami rayonunda yerləşən “8-ci kilometr” bazarına gələn vətəndaşları necə aldatdığını, qruplaşma şəklində fəaliyyət göstərmələrini əks etdirən görüntüləri bir müddət əvvəl təqdim etmişdik. Bakıda vətəndaşları aldadan pul fırıldaqçıları yenə də iş başındadırlar. Həmin fırıldaqçıların Nizami rayonunda yerləşən “8-ci kilometr” bazarına gələn vətəndaşları necə aldatdığını, qruplaşma şəklində fəaliyyət göstərmələrini əks etdirən görüntüləri bir müddət əvvəl təqdim etmişdik.

Bazarda əhalini belə aldadırlar - Video

Bakıda vətəndaşları aldadan pul fırıldaqçıları yenə də iş başındadırlar. Həmin fırıldaqçıların Nizami rayonunda yerləşən “8-ci kilometr” bazarına gələn vətəndaşları necə aldatdığını, qruplaşma şəklində fəaliyyət göstərmələrini əks etdirən görüntüləri bir müddət əvvəl təqdim etmişdik.


Ötən ayın sonlarında təqdim etdiyimiz foto və video faktlarda fırıldaqçıların insanlardan necə pul oğurladığı açıq şəkildə görünürdü. Həm də həmin fırıldaqçıların kim olduğu aydın şəkildə seçilirdi. Bu məlumatdan sonra düşünürdük ki, hüquq-mühafizə orqanlarının əməkdaşları sadə vətəndaşın cibinə girən, bununla da "pul qazandığını" düşünən insanlar barəsində lazımi tədbirləri görəcək. Düzdür, bu fırıldqçı şəbəkənin üzvləri haqlarında yazılanlardan xəbər tutduqdan sonra bir müddət bazara gəlmirdilər. Bəziləri isə onların saxlanıldığını düşünürdü. Lakin bu düşünülən kimi deyilmiş. Artıq həmin fırıldaqçılar yenidən öz yerlərində peyda olublar. Bir neçə gündür yenidən bazara qayıdan bu şəxslər öz "peşələrini" davam etdirirlər.

Bu şəxslər ucuz bazarlığa gələn kasıb təbəqənin - təqaüdçünün, müəllimin, tələbənin, aztəminatlı vətəndaşların cibinə girir.

Xatırladaq ki, bu şəxslər bazarda bir şəbəkə kimi, fəaliyyət göstərir. Meyvə-tərəvəz satışı ilə məşğul olmaq adı ilə əsas işləri olan oğurluğu həyata keçirilər. Onlar satıcı kimi müştərilərə böyük əskinaslarını xırdalamağı təklif edirlər. Bu təkliflə razılaşan vətəndaşların əksəriyyərti mütləq aldanır. Bir daha qeyd edək ki, bu şəxslərin əsas işi bazarda alver etmək yox, oğurluq etməkdir!!!

Qeyd edək ki, pul fırıldaqçılarının əməllərini əks etdirən görüntüləri təqdim etdikdən sonra bir neçə vətəndaş redaksiyamıza, saytımızın elektron poçtuna, sosial şəbəkələr vasitəsi ilə bizimlə əlaqə saxlayaraq həmin şəxslərin qurbanı olduqlarını bildirmişdilər. Həmin şəxslər yenidən eyni yerdə, eyni məkanda öz "işlərini" davam etdirilər. Musavat.com-un əməkdaşları yenidən həmin şəxslərini əməllərini ifşa edəcək videogörüntülər çəkə biliblər.
Təqdim etdiyimiz videogörüntüləri izləməklə fırıldaqçıların qurbanı olmamaq mümkünüdür.

Həmin görüntüləri təqdim edirik:



musavat.com