- Toplum
- 18:05
- 1 148
AZAL Naxçıvana uçuşları təxirə saldı
Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar AZAL-ın müvafiq istiqamətdə uçuşları təxirə salınıb.
AZAL-dan bildirilib ki, şirkət sərnişinlərin təhlükəsizliyini daim prioritet hesab edir və bütün zəruri tədbirləri həyata keçirir.
Hava şəraiti stabilləşdikdən sonra reyslər əvvəlki qaydada icra edilməyə davam edəcək.
Aznews.az