Martın 4-də İtaliyanın Florensiya şəhərinin “Palazzo Borghese” sarayında ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan, kino sahəsində nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüş “Endless Corridor” (“Sonsuz Dəhliz”) sənədli filminin premyerası keçirilib. Martın 4-də İtaliyanın Florensiya şəhərinin “Palazzo Borghese” sarayında ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan, kino sahəsində nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüş “Endless Corridor” (“Sonsuz Dəhliz”) sənədli filminin premyerası keçirilib.

Xocalı qurbanları Florensiyada anıldı

Martın 4-də İtaliyanın Florensiya şəhərinin “Palazzo Borghese” sarayında ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan, kino sahəsində nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüş “Endless Corridor” (“Sonsuz Dəhliz”) sənədli filminin premyerası keçirilib.


Filmin nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət!" təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil edilib. Anım gecəsi 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı qətliamı qurbanlarının əziz xatirəsinə həsr edilib.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS), Azərbaycanın İtaliyadakı səfirliyinin, Florensiyada yerləşən İtaliya və Azərbaycan arasında mədəni mübadilə üzrə Avropa Assosiasiyasının (EURASIA) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Florensiya meriyasının təmsilçiləri, tədqiqatçılar, şəhər ictimaiyyətinin nümayəndələri, jurnalistlər və azərbaycanlı tələbələr iştirak ediblər.

TEAS-dan verilən məlumata görə, Avropa Azərbaycan Cəmiyyətinin Böyük Britaniya ofisinin meneceri Cək Peqoraro çıxış edərək bildirib ki, TEAS, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində bu tədbirləri təşkil etdiyi üçün qürur hissi duyur. "Xocalıya Ədalət!" beynəlxalq kampaniyası 8 may 2008-ci il tarixində başlanıb. Bu kampaniyanın qısa müddət kəsiyində geniş vüsət alması regionda ədalətin bərqərar edilməsində beynəlxalq dəstəkdir. Bu dəstək Avropa, Amerika, Asiya və Afrikada 100-dən artıq ölkədə tədbirlərin keçirilməsi ilə ifadə olunub.

C. Peqoraro vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icra edilməməsi səbəbindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir irəliləyişə nail olunmayıb.

O, "Sonsuz dəhliz" sənədli filmi haqqında məlumat verərək bildirib ki, ekran əsəri şahid ifadələri əsasında lentə alındığı üçün Xocalı hadisələrinin bütün reallığını əks etdirir. Film beş il müddətində böyük əmək sərf edilərək hazırlanıb. Xocalı hadisələrini daha dərindən anlamaq üçün bu ekran əsəri əvəzsiz imkandır.

Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə bildirib ki, Avropa ictimaiyyəti Xocalı faciəsinin həqiqətləri ilə bağlı məlumatsızlığı ən kədərli məqamlardan biridir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış hazırkı status-kvo rəsmi İrəvanı qane edir. Səfirin sözlərinə görə, işğalçılar günahsız Azərbaycan vətəndaşlarına qarşı törətdikləri vəhşiliklər barədə dünya ictimaiyyətinin əsl həqiqəti bilməsini istəmirlər. Hamının Dağlıq Qarabağda nələrin baş verdiyi haqda agah olmasının vaxtı artıq çatıb.

Qeyd edək ki, 2015-ci ildə beynəlxalq səviyyədə uğurla keçən premyerasından sonra "Sonsuz dəhliz" filmi bütün dünyada kino tənqidçilər tərəfindən rəğbətlə qarşılanıb. Bu film Madrid şəhərində keçirilən "Tenerife" Beynəlxalq Film Festivalında "Ən yaxşı sənədli film" və "Sənədli filmin ən yaxşı rejissoru" mükafatlarına, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında "Sənədli filmin ən yaxşı montajı" mükafatına, eləcə də, ABŞ-da keçirilən Akkolade Qlobal Film Müsabiqəsində iki mükafata - 2015-ci ilin may ayında "Ən yaxşı tamaşa" və 2016-cı ilin yanvar ayında "Humanitar" mükafata layiq görülüb.

Film "Xocalıya ədalət" təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin "Kanal 24", "CNN Türk", Albaniyanın Milli Televiziyasında, İsrailin"Channel 1" və "Eurochannel" televiziya kanalında nümayiş etdirilib.

APA.az