“Şərurlu İsfəndiyar” tanınmış şirkəti - Məhkəməyə verdi

Tanınmış iş adamı İsfəndiyar Axundov “Hom Paş Prestij” MTK şirkətini məhkəməyə verib.


"Şərurlu İsfəndiyar" mənzillərin və mağazaların ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələb irəli sürüb.

Xətai Rayon Məhkəməsi iddianı təmin edib. Qərardan narazı qalan MTK apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundov Bakıda çoxmərtəbəli bina tikintisi ilə məşğul olur.

Report.az