Aprelin 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Aprelin 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Sabah yağış yağacaq

Aprelin 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, gecə və səhər paytaxt və yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 15-20, Bakıda gecə 7-9, gündüz 17-19 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.