Zaman-zaman paytaxt yollarında piyada keçidlərinin yerləri dəyişdirilir. Lakin piada keçid zolaqları asfalt üzərində tam silinmədiyi üçün piyadalar hələdə o zolaq üzərindən rahat şəkildə keçir. Nəticədə sürücülər və piyadalar arasında çaşqınlıq yaranır, sürücülər yoluna davam etməsi əvəzinə silinmiş zolaq üzərindən keçən piyadaya yol vermək məcburiyyətində qalır. Zaman-zaman paytaxt yollarında piyada keçidlərinin yerləri dəyişdirilir. Lakin piada keçid zolaqları asfalt üzərində tam silinmədiyi üçün piyadalar hələdə o zolaq üzərindən rahat şəkildə keçir. Nəticədə sürücülər və piyadalar arasında çaşqınlıq yaranır, sürücülər yoluna davam etməsi əvəzinə silinmiş zolaq üzərindən keçən piyadaya yol vermək məcburiyyətində qalır.

Yol Polisi Bakıda sürücülərlə piyadaları niyə üz-üzə qoyur?

Zaman-zaman paytaxt yollarında piyada keçidlərinin yerləri dəyişdirilir. Lakin piada keçid zolaqları asfalt üzərində tam silinmədiyi üçün piyadalar hələdə o zolaq üzərindən rahat şəkildə keçir. Nəticədə sürücülər və piyadalar arasında çaşqınlıq yaranır, sürücülər yoluna davam etməsi əvəzinə silinmiş zolaq üzərindən keçən piyadaya yol vermək məcburiyyətində qalır.


Hətta belə yerlərdə dəfələrlə qəzalar, avtomobillərin adam vurması kimi arzuolunmaz hallar yaşanıb.

Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-a açıqlamasında bildirib ki, ləğv edilmiş nizamlanmayan piyada keçidlərinin tam silinməsi mümkün deyil.

"Mümkün olduğu qədər silinir. Amma piyadalar xəttin silindiyini gördükdən sonra oradan keçməməlidirlər.

Çünki həm xətt silinir, həm də nişan götürülür. Təbii ki, piyadanın diqqətsizliyinə görə sürücülər arasında çaşqınlıq yaranır. Orada piyada zolağı silinib, nişan yığışdırılıb, demək burada nizamlanmyan piyada keçidi ləğv olunub.

Sözsüz ki, ləğv olunmuş piyada keçidindən keçən piyadaya sürücü də yol vermək məcburiyyətində deyil. Sadəcə onu vurmamaq üçün saxlayır və məcburiyyət qarşısında yolun hərəkət hissəsinə çıxmış piyadaya yol verir. Amma piyadalar da başa düşməlidir ki, buna görə məsuliyyət onların üzərinə düşür".

K.Əliyev vurğulayıb ki, piyada keçidinin tam silinməsi üçün asfalt çəkilməlidir. Lakin bu da büdcəyə uyğun gəlmir.

"Küçədə bir piyada zolağı silinibsə ora təzədən afalt vurulması da düzgün deyil. Silinmədən sonra nəsə xətt qala bilərsə, bu o demək deyil ki bura keçiddir. Yaxşı xətt tam silinməyib, o zaman nişana fikir versinlər. Nişan elə-belə götürülməyib ki!

Hərəkətin təşkilində mütəmadi olaraq nəqliyyatın sayının artması, bir sıra amillər də təsir etməklə, yollar, küçələr bəziləri bağlanır, bəzilərində tikinti başa çatır.

Daim yeniliklər, dəyişmələr olduğu üçün istənilən halda dəyişiklər olur və bu dəyişiklərdən biri də hardasa yeraltı, yerüstü piyada keçidi tikilibsə, sözsüz ki, nizamlanmayan piyada keçidiyin ləğv olunmasına zərurət yaranır.

Yaxud 50 metr irəlidə və ya axırda nimzalanan piyada keçidi salınıbsa (işıqforla nizamlanan piyada keçidi) sözsüz ki, nizamlanmayan piyada keçidi ləğv olunmalıdır. Bunun ikisi də qala bilməz".

Qeyd edək ki, bu məsələyə aydınlıq gətirməkdə çətinə düşən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, onun tədbirlərinə qatılmayan jurnalistin sualına cavab verməyi özü üçün yasaq edib.

Modern.az