Növbəti köç karvanı Kəlbəcərə çatıb, mənzillərin açarları təqdim olunub- FOTO

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb.

Aznews.az xəbər verir ki, bu mərhələdə Gəncə şəhərindən 12 ailə (44 nəfər), Bakı şəhərindən 6 ailə (20 nəfər), Abşeron rayonundan 4 ailə (14 nəfər), Bərdə rayonundan 2 ailə (10 nəfər), Göygöl rayonundan 2 ailə (9 nəfər), Yevlax rayonundan 1 ailə (7 nəfər), Salyan rayonundan 1 ailə (6 nəfər) və Şəmkir rayonundan 1 ailə (5 nəfər), ümumilikdə 29 ailə (115 nəfər) Kəlbəcər şəhərinə köçürülür.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Kəlbəcər şəhərinə 81 ailə (338 nəfər) köçürülüb.

AzNews.az

image description image description image description image description image description image description