Məlum olduğu kimi, aprelin ilk günlərində erməni hərbi birləşmələrinin cəbhədə törətdiyi təxribatlar nəticəsində Tərtərin cəbhə kəndlərində 163 yaşayış evi dağıdılıb. İnfrastruktura ciddi ziyan dəyib. Aprelin 5-dən yaradılan fövqəladə komissiya dəyən ziyanı müəyyənləşdirib. Şəhər rəhbərliyi və aidiyyatı qurumlar bu günə kimi bir sıra yenidənqurma, təmir-bərpa işlərini həyata keçiriblər. Məlum olduğu kimi, aprelin ilk günlərində erməni hərbi birləşmələrinin cəbhədə törətdiyi təxribatlar nəticəsində Tərtərin cəbhə kəndlərində 163 yaşayış evi dağıdılıb. İnfrastruktura ciddi ziyan dəyib. Aprelin 5-dən yaradılan fövqəladə komissiya dəyən ziyanı müəyyənləşdirib. Şəhər rəhbərliyi və aidiyyatı qurumlar bu günə kimi bir sıra yenidənqurma, təmir-bərpa işlərini həyata keçiriblər.

Cəbhə kəndlərində son durum - Video

Məlum olduğu kimi, aprelin ilk günlərində erməni hərbi birləşmələrinin cəbhədə törətdiyi təxribatlar nəticəsində Tərtərin cəbhə kəndlərində 163 yaşayış evi dağıdılıb. İnfrastruktura ciddi ziyan dəyib. Aprelin 5-dən yaradılan fövqəladə komissiya dəyən ziyanı müəyyənləşdirib. Şəhər rəhbərliyi və aidiyyatı qurumlar bu günə kimi bir sıra yenidənqurma, təmir-bərpa işlərini həyata keçiriblər.



Aprel ayının əvvəllərində qoşunların təmas xəttində Ağdərə-Ağdam-Tərtər istiqamətində erməni hərbi birləşmələrinin yaratdığı gərginlik nəticəsində dinc sakinlərə dəyən ziyan aradan qaldırılır.

Tərtər rayonunun düşmən mövqelərinə yaxın olan Qarağacı, Qaradağlı kəndlərində əsaslı yenidənqurma işlərinə başlanılıb. Düşmən artilleriyasının dağıtdığı evlər yenidən tikilir, erməni mərmilərinin zədələdiyi elektrik dirəkləri və paylayıcıları müasirləri ilə əvəz olunur. Kəndlərdə yeni su artezian quyuları qazılır. Əhalinin əhval-ruhiyyəsi yüksəkdir. Əkən əkir, biçən biçir. Hamı özünə məxsus təsərrüfat sahəsi ilə məşğul olur. İndi onlar daha yüksək məhsuldarlıq üçün çalışırlar. Əkin sahələrini suvarmaq üçün yeni kanal da çəkilir. Aprel hadisələrində düşmən təxribatı nəticəsində Qapanlı kəndində rabitə sisteminə, elektik enerjisinin təminatına və evlərə ciddi ziyan dəyib. Bu gün qeyd olunanların böyük qismi aradan qaldırılıb. Dağılan evlər qeydiyyata alınıb, mərhələli şəkildə tikinti işlərinə başlanılır.

Rayon mərkəzində də əsaslı təmir, yenidənqurma işlərinə başlanılıb. Tərtərin içməli su-kanalizasiya xətləri yenilənir. Şəhərin 4 mərkəzi küçəsində yeni asfalt örtükləri salınır. Yolların kənarlarında yeni səkilər salınır. Bununla yanaşı, yeni inzibati binaların da tikintisinə başlanılıb. Yenidənqurma işlərinin oktyabr ayında başa çatdırılması nəzərdə tutulur.