Ceyhun Musaoğlu Ceyhun Musaoğlu

O xəbərləri kökündən çıxaraq, çayıra dönməsin

Ceyhun Musaoğlu


Jurnalist Ekspert Mərkəzinin 2014-cü ildə həyacanla ictimaiyyətə ünvanladığı bəyanatın, ardından həmin mövzuda Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şiurasının yardımı ilə həyata keçirdiyi "Diqqət! Düşmən mətbuatıdır!" adlı layihənin, layihə çərçivəsində dost redaksiyaların divarlarından asdığı nəyi yaymaq olmaz məzmunlu bildiriş lövhələrinin nə qədər əhəmiyyətli olduğu iki ildən sonra - 2016-cı il aprelin 22-i Azərbaycan Müdafiə Nazirliyi tərəfindən rəsmən təsdiqləndi. http://www.olaylar.az/news/social/121896
http://az.trend.az/azerbaijan/society/2390306.html

İki il öncə də Müdafiə Nazirliyi JEM-in layihəsinin faydalı olmasına böyük dəstək vermişdi: cəbhə bölgəsində yerləşən, düşmənlə təmas xəttindəki iki batalyonun səngərlərində olmuşduq, əsgərlərlə görüşüb, xidmətləri barədə özlərindən başqa kimsəyə danışmamalarını tövsiyyə etmişdik, bildiriş lövhəsindən onlara da vermişdik. http://aznews.az/m/news.php?id=82974

JEM Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəbhə xəttindəki vəziyyətlə bağlı 24 sentyabr 2014-cü il tarixli Sərəncamına dərhal reaksiya vermişdi. Bəyanat, layihə, hətta JEM sədrinin yazdığı döyüş əməliyyatının mətbuata sızması nəticəsində əsgərlərimizin xəyanət qurbanı olduqlarını özündə əks etdirən hekayə məhz bu gün üçün çalınan həyacan təbili idi. http://kulis.az/news/9502

Buyurun, Müdafiə Nazirliyi Mətbuat Xidməti işğaldan azad olunmuş ərazilərdən foto və video yayanlara müraciət edib. Müraciətin mahiyyətində təəssüflə qeyd olunur ki, işğaldan azad edilmiş torpaqlara səfər edən dövlət, qeyri-hökumət təşkilatları, ictimaiyyət, media nümayəndələri, o cümlədən mədəniyyət və incəsənət xadimləri olduqları ərazilərdə apardıqları foto və videoçəkilişlərini internet informasiya resursları vasitələri ilə yayırlar: "Bu foto və videoların yayılmasının müdafiə maraqlarımıza zidd olmasını, hazırda ön xətdə yerləşən hərbi qulluqçularımızın təhlükəsizliyinə təhdid yaradacağını, eləcə də düşmən kəşfiyyatı üçün maraqlı olduğunu nəzərə alaraq sosial şəbəkələrdə şəxsi profillərdə mövcud olan görüntülərin təcili surətdə silinməsi xahiş olunur, gələcəkdə yerləşdirilməməsi təkidlə tövsiyə edilir və hamını bu tədbirdə yaxından iştirak etməyə çağırırıq".

İki il öncə eynisini demişdik. Bəyanat mətbautda bu başlıqla yayılmışdı: "O xəbərləri silin". Var olsun dost həmkarlarımız, çağırışımıza müsbət cavab verərək, milli təhlükəsizliyimizə zidd olan xəbərləri həm saytlarından, həm də profillərindən sildilər. Lap dəqiqi silməyə başladılar. Lap, lap dəqiqi siləcəklərini dedilər. O xəbərlərdən silinənlər də oldu. http://www.azerfax.az/news_3003.html

Təəssüf, yenə eyni mövzunu dartışırıq. Bu, son olsun. Düşmənə rəvac verə bilən xəbərləri elə silək, sırtıq çayır kimi, bir də çıxmasın, yəni kökündən çıxaraq. Hələ qarşıda işğaldan azad edəcəyimiz hündür - hündür təpələr, uca-uca dağlar, ucsuz-bucaqsız çöllüklər, gözəl-gözəl kəndlər, qəsəbələr, şəhərlər var. Müdafiə Nazirliyi deyəni edək. Ən doğrusunu o bilir. Aprelin 1-dən başlayan və davam edən mübarək savaşımız barədə hətta xeyrimizə belə, xəbərlər yayılan andan - aprelin 2-nə keçən gecədən etibarən JEM-in nəzarət etdiyi FB səhifələrində - həm sədrin, həm Mərkəzin rəsmi profillərində, həm də "Diqqət! Düşmən mətbuatıdır" qrupunda yalnız Müdafiə Nazirliyinin rəsmi xəbərini tirajladıq. Necə var, elə yaydıq. Əsasən belə təqdimatla: "Dəqiq, etibarlı və qələbə qazanmağın riyazi düsturunu tətbiq edən rəsmi mənbə - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti". Jurnalist Ekspert Mərkəzi (JEM)

Yazdığım hesabata oxşadı, bilirəm. Əvvəldən status kimi yazmağı planlaşdırırdım, ondandır. Ortada düşündüm ki, niyə də mətbutada dərc olunmasın... "Sən qələbə üçün nə iş görürsən" sualına bir QHT-nin cavabı kimi heç də pis deyil. Əlbəttə zəifdir, qələbə üçün canından keçməyə hazır olanlar varkən, keçənlər olubkən, olacaqkən, JEM-in təbliğatın düzgün, xeyirli, ziyansız formasını axtarması, tətbiq etmək arzusuna düşməsi Vətənə xidmətdə qum dənəsindən də kiçikdir. Ancaq jurnalist daha çox belə etməlidir. Əsgər də olacam, necə ki, olmuşam. Bax onda qələmi JEM-in gənc üzvlərinə verib, silaha sarınacam. Əgər Milli Ordumuz imkan versə...

2104-cü ildə yaydığımız, KİV orqanlarında geniş yayılan o bəyanatdan:
- Mətbuatımızın düşmənə istinadən yaydığı xəbərlər, sosial şəbəkələrdəki statuslar hələ də arxivdə qalıb. O məlumatların içərisində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə faktlar var. Prezidentin Sərəncamı belə xəbərlərin, o cümlədən "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa görə dövlət sirri təşkil edən hərbi sahəyə aid digər məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısını almaq məqsədi ilə verilib.
Hörmətli həmkarlarımız, düşmənin məkirli niyyətinə xidmət edən xəbərləri, statusları silin. Çünki istənilən vaxt düşmən axtarış sistemlərində bir söz yazmaqla Azərbaycanın dövlət sirrindən xəbər tuta bilər". http://news.lent.az/news/179302


http://www.aznews.az/index.php?c=news&id=64234

http://www.azerfax.az/news_3003.html