- Köhnə - Cəmiyyət
- 28 Aprel 2016 17:35
- 2 561
Ali məktəblərə ərizə qəbulunun vaxtı uzadıldı

2016-2017-ci tədris ilində I-IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun vaxtı sabahadək uzadılıb.
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, elektron ərizə qəbulu aprelin 29-u saat 13:00-dək davam edəcək.
Bu gün saat 17:22-dək ali məktəblərə 81293 nəfər ərizə verib. Onlardan 74161 nəfəri Azərbaycan, 7132 nəfəri isə rus bölməsinin məzunlarıdır. Ərizə verənlərdən 32548-i I, 22792-i II, 20289- i III, 5664-ü isə IV ixtisas qrupu seçib.
Lent.az