SOS! Döyülmək − uşaqlarda xərçəng yaradır

İngiltərənin Plymouth Dövlət Universitetində aparılan araşdırma uşaqların döyülməsinin yaratdığı fəsadları üzə çıxarıb. Araşdırmanın nəticələrinə görə, fiziki və ya mənəvi zorakılığa məruz qalan uşaqlarda xərçəng xəstəliyinə tutulma ehtimalı daha çoxdur.

Belə ki, zorakılığa məruz qalan uşaqların həmyaşıdlarına nisbətən xərçəngə yoluxma riski 70 faiz çoxdur. Bundan başqa astma xəstəliyinə yoluxma riski 60, ürək xəstəliklərinə tutulma riski isə 30 faizdir.

Səudiyyə Ərəbistanında xəstəliklərlə bağlı məlumatları araşdıran mütəxəssislərin fikrincə, uşaqları döymək, onlara qışqırmaq stress yaradır ki, bu da çox keçmədən uşaqların səhhətində problemlərlə müşayiət olunur. Bundan başqa ailələrin yoxsulluğu da uşaqların xəstəliklərini artırmağa xidmət edən amillərdən biri olur.

Elnarə Əlosmanqızı
AzNews.az