Nizami Kino Mərkəzininn divarına qraffiti çəkən şəxslər saxlanıldı, cinayət işi açıldı - YENİLƏNDİ

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi faktı üzrə cinayət işi açılıb.

APA-nın əldə etdiyi məlumata görə, cinayət işi üzrə araşdırma gedir.

xxx

Nizami Kino Mərkəzininn divarına qraffiti çəkən şəxslər saxlanılıblar.

Aznews.az xəbər verir ki, qraffiti tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B-nin valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır.

Abidəyə dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir.

image description