- Köhnə - Cəmiyyət
- 18 Noyabr 2012 05:59
- 5 154
Məktəbin kompyuterini katibəyə hədiyyə edən DİREKTOR
 
            "Təhsil Nazirliyi tərəfindən verilən kompyuterlərdən təyinatı üzrə istifadə edilməməsi halları var". Bunu təhsil naziri Misir Mərdanov bildirib.
Nazirin sözlərinə görə, İKT-dən istifadə vəziyyətinin monitorinq edildiyi müəssisələrdən 2,3 faizində bu avadanlıqların olmadığı aşkar edilib.
Masallı rayonundakı 3 saylı, Hacıqabuldakı 9 saylı və İmişlidəki 3 saylı məktəbdə belə faktlar üzə çıxarılıb.
Məlum olub ki, İmişlidəki 3 saylı məktəbə verilən kompyuterin bir dəsti rayon icra hakimiyyətinə, bir dəsti isə katibəyə verilib: "Bu məktəblərin rəhbərlərinə bir ay vaxt verirəm. Bu müddətdə əgər vəziyyət düzəlməsə cinayət işinin açılması üçün polisə müraciət ediləcək" – nazir deyib.
Elnarə Əlosmanqızı
AzNews.az
 
                 
                             
                             
                             
                             
                             
                            