Murat Uzun Azərbaycana gəlir


Noyabrın 25-də Türkiyənin Seydişəhir Sənayeçi və İş Adamları Dərnəyinin (SESİAD) sədr müavini Murat Uzunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gələcək.

AzNews.az-ın məlumatına görə, türkiyəli nümayəndə heyəti noyabrın 26-da Bakıda keçiriləcək 3-cü Qara Dəniz Ticarət və İnvestisiya Forumunda iştirak edəcək. Səfər çərçivəsində türkiyəli iş adamları Azərbaycanda bir sıra görüşlər də keçirəcəklər.

Vasif Həsənli
AzNews.az