Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil (IX illik) bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş müsabiqənin nəticələrini iyulun 19-da saat 18.00-dan etibarən rəsmi internet səhifəsində yerləşdirib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil (IX illik) bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş müsabiqənin nəticələrini iyulun 19-da saat 18.00-dan etibarən rəsmi internet səhifəsində yerləşdirib.

Kolleclərə qəbulun nəticələri - Açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil (IX illik) bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş müsabiqənin nəticələrini iyulun 19-da saat 18.00-dan etibarən rəsmi internet səhifəsində yerləşdirib.


AzNews.az TQDK-ya istinadən xəbər verir ki, müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla abituriyentin iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənmək olar.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar TQDK-nın rəsmi saytındakı müvafiq cədvəldə təqdim olunur.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar iyulun 21-dən 29-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtinası kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.