Azərbaycanın Belçikadakı səfirliyi yanvarın 24-29-da Belçikanın Antverpen şəhərində keçiriləcək "Flandriyanın beynəlxalq tətil yarmarkası" adlı turizm sərgisində iştirak edəcək agentliklərdən birinin ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərlər təşkil etdiyini aşkar edib. Azərbaycanın Belçikadakı səfirliyi yanvarın 24-29-da Belçikanın Antverpen şəhərində keçiriləcək "Flandriyanın beynəlxalq tətil yarmarkası" adlı turizm sərgisində iştirak edəcək agentliklərdən birinin ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərlər təşkil etdiyini aşkar edib.

İşğal ərazilərinə turizm səfərlərinin qarşısı alınıb

Azərbaycanın Belçikadakı səfirliyi yanvarın 24-29-da Belçikanın Antverpen şəhərində keçiriləcək "Flandriyanın beynəlxalq tətil yarmarkası" adlı turizm sərgisində iştirak edəcək agentliklərdən birinin ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərlər təşkil etdiyini aşkar edib.



Səfirlikdən verilən məlumata görə, "Sovjet Reizen" adlı bu turizm agentliyi keçmiş sovet ölkələrinə turist səyahətlərinin təşkili ilə məşğuldur. Son bir il ərzində agentlik ölkəmizə də turist səfərlərinin təşkilini həyata keçirib.

Agentliyin internet səhifəsində Ermənistana təşkil edilən səyahətlər sırasında ölkəmizin Dağlıq Qarabağ bölgəsinə də səfərlərin təşkil edildiyi əks olunmuşdu.

Məsələ ilə əlaqədar agentliklə dərhal əlaqə saxlanılıb, agentliyin rəhbərinə müvafiq izahedici məktub ünvanlanıb. Məktubda qarşı tərəfə Ermənistan-Azərbaycan münaqişəsi və münaqişə nəticəsində Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların işğal olunduğu, bu bölgələrin Azərbaycanın tərkib hissəsini təşkil etdiyi və BMT TŞ də daxil olmaqla beynəlxalq ictimaiyyətin bu məsələdə tutduğu birmənalı mövqe barədə məlumat verilib, məsələnin beynəlxalq hüquqi tərəfləri ilə yanaşı, təhkükəsizlik baxımından işğal olunmuş bölgələrə səfər edilməsinin təhlükəli olduğu və Belçika Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində bu barədə Belçika vətəndaşlarına xəbərdarlığın yerləşdirildiyi qeyd olunub.

Eyni zamanda, turizm agentliyinin diqqətinə ölkəmizin işğal olunmuş bölgəsinə Azərbaycan hökumətinin razılığı olmadan edilən səfərlərə münasibətdə tutduğu mövqe açıqlanıb və bu səfərlər təşkil ediləcəyi təqdirdə, ölkəmizlə mövcud olan əməkdaşlığa son verilməklə yanaşı, agentliyin işçilərinin "ölkəmizə girişi arzuolunmaz şəxslər siyahısı"na daxil ediləcəyi bildirilib.

Agentliyin rəhbərliyi tərəfindən verilən açıqlamaya görə, bu səfər münaqişə ilə bağlı onlarda olan məlumatsızlıqdan irəli gəlib.
Görülmüş tədbirlər nəticəsində bu təxribatçı addımın və işğal altında olan ərazilərimizə turizm səfərlərinin təbliğinin qarşısı alınıb.

AzNews.az