Aksiyalarda saxlanılanlardan bəziləri sərbəst buraxılıb Aksiyalarda saxlanılanlardan bəziləri sərbəst buraxılıb

İsmayıllı icra başçısı əhali ilə dil tapmağa çalışır

Aksiyalarda saxlanılanlardan bəziləri sərbəst buraxılıb

İsmayıllı rayonunda dünən axşamdan etibarən sabitlik hökm sürür.

APA-nın əməkdaşının verdiyi məlumata görə, hüquq-mühafizə orqanları şəhərə nəzarət edir. Şəhərdə qurulan polis postları isə götürülüb, indiyədək aksiyaya cəhd qeydə alınmayıb.

Xidmət obyektləri, idarə və müəssisələr normal fəaliyyət göstərir.

Yerli hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, aksiyalarda saxlanılan şəxslərdən bəziləri sərbəst buraxılıb.

Bu gün saat 16.00-da rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun ictimaiyyət nümayəndələri ilə görüşü keçiriləcək. İH başçısının birinci müavini Rafael Əhmədov APA-ya açıqlamasında bildirib ki, görüşdə son günlər baş verən hadisələr müzakirə olunacaq.