Partlayayış baş verən qaz kəmərində təmir işlərinə başlanılıb

Yanğın baş verən magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb.

AzNews.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

"Xəbər verdiyimiz kimi, yanvarın 10-da axşam saat 20:45 radələrində diametri 1 000 mm olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib. Görülmüş tədbirlər nəticəsində yanğın lokallaşdırılaraq söndürülüb, qazın nəqli alternativ xəttə keçirilib, istehlakçıların qaz təchizatında fasilə yaranmayıb. Kəmərdə təmir-bərpa işlərinə başlanılıb", - deyə məlumatda qeyd olunub.