Azərbaycanda yeni əczaçılıq zavodu tikiləcək

Yanvarın 16-da İranın Kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyulacaq.

Səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək, Azərbaycan-İran əlaqələrinin inkişafına dair müzakirələr aparılacaq.