“Azərbaycan Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyi Soçidə keçirilən “KVN – 2017”də Qondarma Dağlıq Qarabağ Respublikasının nümayəndələrinin iştirakına nota verməlidir.” “Azərbaycan Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyi Soçidə keçirilən “KVN – 2017”də Qondarma Dağlıq Qarabağ Respublikasının nümayəndələrinin iştirakına nota verməlidir.”

"Xarici İşlər Nazirliyi nota verməlidir"- Tahir İmanov

“Azərbaycan Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyi Soçidə keçirilən “KVN – 2017”də Qondarma Dağlıq Qarabağ Respublikasının nümayəndələrinin iştirakına nota verməlidir.”

Bunu AzNews.az-a açıqlamasında Azərbaycanın əməkdar artisti, aktyor, "Parni iz Baku" KVN komandasının keçmiş üzvü, "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, rejissoru Tahir İmanov bildirib. Onun sözlərinə görə, Aleksanr Maslikovun rəhbərlik etdiyi “AMİK” təşkilatı Rusiya Federasiyasının subyektidir:Rusiya Federasiyası rəsmi olaraq, bu məsələ ilə bağlı dəfələrlə prezident səviyyəsində öz mövqeyini bildirib. Deyib ki, “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və Qondarma Dağlıq Qarabaq respublikasını tanımırıq. Belə olan halda, Rusiya Federasiyasının subyekti olan “AMİK” kompaniyası bu komandanı necə dəvət edə bilər?”

Tahir İmanovun hesab edir ki, bu festivalda iştirakdan imtina etmək lazımdır: “Onların böyük bir göstəricisi olsaydı, mən deyərdim ki, mübarizə aparmaq lazımdır ya yox. Əgər “AMİK” bizim fikirimizlə hesablaşmırsa, hesab edirəm ki, qapını bağlayıb oyundan çıxmaq lazmdır. Bu bir mənalı şəkildə həll olunmalıdır, həmin komanda orada iştirak etməməlidir.”

Bahar RÜSTƏMLİ

AzNews.az