Dünən gecədən başlayaraq, qış yenidən sərt üzünü göstərdi. Dünən gecədən başlayaraq, qış yenidən sərt üzünü göstərdi.

Sürücülər dolaylarda çətinlik yaşadı - Qara görə - Video - Fotolar

Dünən gecədən başlayaraq, qış yenidən sərt üzünü göstərdi.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, ölkənin şimal-qərb bölgəsi ağ örpəyə büründü. Təkcə gecə saatlarında Şamaxıya 5, dağlıq kəndlərə isə 10 sm qar yağıb. Qarın yağmasına sevinənlər az deyil. Ancaq yağan qar magistral yollarda sürücülərə çətinlik yaratdı. Dumanlı və qarlı hava sürücüləri yarı yolda qoydu...

Hava şəraitinin kəskin dəyişməsi Bakı-Şamaxı-Yevlax və Muğanlı-İsmayıllı magistral yollarına da təsirsiz ötüşməyib. Anidən başlayan qar, yola ehtiyyatsız çıxan sürücülər üçün çətin anlar yaşadıb. Maşınların hərəkəti məhdudlaşdırılmasa da qar səbəbindən yolun sürüşkən olması hərəkətə qismən mane olub. Muğanlı dolaylarında qarla yanaşı, havanın dumanlı olması da sürücülərin işini çətinə salıb.

Yolun 2-4 və 7-ci km-dəki sərt yoxuşlarda hərəkət edə bilməyən sürücülər geri qayıtmaq məcburiyyətində qaıb. Səhər saatlarından etibarən yollara qum duz-qarışığı tökülüb yolun qardan təmizlənməsi işi aparılıb. Bununla belə qar yağışının davam etməsi və gecə saatlarına doğru şaxta düşməsi ehtimalını nəzərə alaraq sürücülərə bu yoldan istifadə edərkən ehtiyyatlı olmaları məsləhət görülür.

image description image description image description