Bakıda mənzildən külli miqdarda qızıl və pul oğurlanıb. Bakıda mənzildən külli miqdarda qızıl və pul oğurlanıb.

Mənzildən 5 min dollar və 13 min manatlıq qızıl oğurlandı - Bakıda

Bakıda mənzildən külli miqdarda qızıl və pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də rayon ərazisindəki evlərdən birindən 5000 ABŞ dolları, 13000 manat dəyərində qızıl əşyalar, 1 ədəd kompüter və 1 ədəd fotoaparat oğurlanıb.

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ülvi Məmmədli tutulub.