Valideynlərinin başqasına ərə vermək istədiyi üçün öz istədiyi oğlana qoşulub qaçan 23 yaşlı qız Günay Məmmədova öz arzusu ilə Elnur Əhmədovla evlənmək istədiyini dedi. Valideynlərinin başqasına ərə vermək istədiyi üçün öz istədiyi oğlana qoşulub qaçan 23 yaşlı qız Günay Məmmədova öz arzusu ilə Elnur Əhmədovla evlənmək istədiyini dedi.

Sevib evləndilər, amma təhdid altında yaşayırlar - Video

Valideynlərinin başqasına ərə vermək istədiyi üçün öz istədiyi oğlana qoşulub qaçan 23 yaşlı qız Günay Məmmədova öz arzusu ilə Elnur Əhmədovla evlənmək istədiyini dedi.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, təhdidlər gəncləri qorxutmur və nə olursa olsun sevgiləri üçün mübarizə aparacaqlarını deyirlər.

Valideynlərinin Günayı nişanladıqları Aqşin adlı gəncin qohumları məsələyə münasibət bildirdilər. Aqşinin bibisi qızı kimi özünü təqdim edən xanım Günayın onun qohumu ilə 4 il nişanlı qaldığını və heç nəyə məcbur edilmədiyini dedi.

Bununla belə, artıq onlar Günayı qəbul etmək istəmirlər. Onları məyus edən isə toy hazırlıqları zamanı qəfildən belə bir addımın atılmasıdır.

Gənclər isə hələ də həyatlarının təhlükədə olduğunu və rahat yaşaya bilmədikləri üçün narahatdırlar. Onları yalnız Günayın atasının razılığı sakitləşdirə bilər.