Sürücülərin nəzərinə: Bakıda bu yol təmirə bağlanıldı

Hazırda Bakının Abbasqulu Ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsində (Türkiyə səfirliyi istiqamətində) “Azərsu” ASC tərəfindən aparılan təmir işləri ilə əlaqədar olaraq, yolun 2 hərəkət zolağında avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

O bildirib ki, aparılan təmir işləri nəticəsində yarana biləcək nəqliyyat sıxlığını nəzərə alaraq, sürücülərə alternativ olaraq Həsən Əliyev küçəsi və ya Ziya Bünyadov prospektindən istifadə etmələri tövsiyə olunur.