“İldə 2-3 dəfə qəbul imtahanı keçirmək imkanımız olacaq” - Məleykə Abbaszadə

“Bu ildən abituriyentlərə seçdiyi ixtisas qrupuna uyğun olaraq, qəbul imtahanında iki dəfə iştirak etmək imkanı yaradılıb. Ola bilsin, gələcəkdə qəbul imtahanlarında iştirakın sayını artıraq. Gələcəkdə bir ildə 2-3 dəfə qəbul imtahanı keçirmək imkanımız olacaq”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, keçən il abituriyentlərin 8,4 faizi kollec və ali məktəblərə ərizə verib, buraxılış vərəqi alıb, lakin imtahanda iştirak etməyib: “Yeni qaydalar belə halları aradan qaldıracaq”.

AzNews.az