TRT 1 televiziya kanalının Azərbaycan ərazisində sosial paket daxilində yayımı bərpa olunub. TRT 1 televiziya kanalının Azərbaycan ərazisində sosial paket daxilində yayımı bərpa olunub.

TRT 1-in Azərbaycanda yayımı bərpa olunub

TRT 1 televiziya kanalının Azərbaycan ərazisində sosial paket daxilində yayımı bərpa olunub.

“Report”un məlumata görə, TRT 1 rəqəmli sosial paket daxilində Azərbaycan tamaşaçısının qarşısına çıxıb.

Xatırladaq ki, yayımla bağlı Türkiyə Baş Nazirliyi yanında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Milli Televiziya və Radio Şurası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Radio, Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi arasında razılıq əldə olunub.

Qeyd edək ki, TRT 1 televiziya kanalı 1995-ci ildən etibarən Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış müqavilə əsasında yayımlanır. 2016-cı il noyabr ayından etibarən mərhələli şəkildə Azərbaycan ərazisində digər televiziyalar kimi TRT 1-in də analoq yayımı dayandırılmışdı.

AzNews.az