Azərbaycanın Naxçıvan Avtomobil Zavodu (NAZ) bu ildən yeni avtomobil modellərinin kütləvi istehsalına başlayıb. Azərbaycanın Naxçıvan Avtomobil Zavodu (NAZ) bu ildən yeni avtomobil modellərinin kütləvi istehsalına başlayıb.

Milli mikroavtobuslarımız olacaq

Azərbaycanın Naxçıvan Avtomobil Zavodu (NAZ) bu ildən yeni avtomobil modellərinin kütləvi istehsalına başlayıb.




Zavodun direktor müavini Polad Sadıxov "APA-Economics"ə açıqlamasında bildirib ki, 2013-cü ildən etibarən "Lifan" markasına məxsus kommersiya (ticarət) avtomobilləri və mikroavtobus buraxılır: "Ötən il biz bazarı öyrənmək üçün bu avtomobillərdən nümunə kimi bazara gətirdik, bu ildən isə onların kütləvi istehsalına başlamışıq".

Kommersiya modellərinə iki model aiddir. Bunlardan biri - "Nazlifan LF 1022" bortlu yük maşınıdır. Digəri isə furqon yük avtomobilidir ("Nazlifan LF 5028" modeli). Kiçik biznes üçün nəzərdə tutulan hər iki avtomobilin yükgötürmə qabiliyyəti 800 kq-dır.

"Nazlifan LF 6401" mikroavtobusu isə sürücüdən əlavə 6 nəfər sərnişin götürür.

P.Sadıxov bildirib ki, yeni modellərin qiyməti 10,5-10,9 min manat arasında dəyişir. Satılan avtomobillərə 2 il və ya 40 min km zəmanət verilir.

Nəticədə, hazırda Naxçıvan Avtomobil Zavodunda 5-i minik, 2-si kommersiya və 1-i mikroavtobus olmaqla 8 avtomobil modeli istehsal olunur.

AzNews.az