Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Sabah Bakıda 16 dərəcə isti olacaq

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, aprelin 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək

Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-17° isti, Bakıda gecə 8-10° isti, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.