Azərbaycan Prezidenti İlham Əliyev ölkədə taxılçılıq sahəsinin inkişafı ilə bağlı xüsusi tapşırıq verib. Bununla əlaqədar xüsusi nəzarət komissiyası yaradılacaq. Azərbaycan Prezidenti İlham Əliyev ölkədə taxılçılıq sahəsinin inkişafı ilə bağlı xüsusi tapşırıq verib. Bununla əlaqədar xüsusi nəzarət komissiyası yaradılacaq.

“Prezident xüsusi tapşırıq verib” - Nazir müavini

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə taxılçılıq sahəsinin inkişafı ilə bağlı xüsusi tapşırıq verib. Bununla əlaqədar xüsusi nəzarət komissiyası yaradılacaq.

"Report"un xəbərinə görə, bunu kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.

"Dövlət başçısının iştirakı ilə keçirilmiş Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına həsr edilmiş iclasında qeyd edildiyi kimi bu sahəyə kompleks şəkildə nəzarət ediləcək və bunun əsasını təkcə fərdlər tərəfindən həyata keçirilən monitorinqlər deyil, həm də peyk təvsirləri və foto-xəritələrdən istifadə etməklə bütövlükdə sahələrin statistik hesabatı və monitorqini nəticəsində məhsuldarlığın artırılması şərtləri təşkil edir" - deyə o, qeyd edib.

Nazir müavininin sözlərinə görə, ötən ildən başlayaraq təmsil etdiyi qurum optik foto çəkilişlərindən istifadə edib: "Ölkə ərazisinin əkin sahələrinin təxminən 60%-nin bu cür fotoları hazırlanıb. Bu, təkcə taxıl deyil, ümumilikdə ölkədə kənd təsərrüfatı bitkiləri üzrə istehsalın vəziyyətinin müəyyən edilməsi və elektron kənd təsərrüfatı sisteminin formalaşması üçün mühüm elektron baza rolunu oynayacaq",- deyə S.Talıbov əlavə edib.

Azərbaycanın özünü taxılla təmin edə bilməməsinin bir neçə səbəblə bağlı olduğunu deyən nazir müavini ilk öncə aqro-texniki tələblərə düzgün əməl olunmamasını göstərib: "Halbuki gübrə ilə təminat 2013-cü illə müqayisədə təxminən 3 dəfə artıb. Ölkənin gübrəyə olan real tələbatın təxminən 16%-ni təmin edirik. Hesab edirəm ki, bu il əlaqədar qurumlarla xüsusi nəzarət komissiyasının yaradılması ilə bütün çətinliklər aradan qaldırılacaq".

AzNews.az