Dünən Masallı rayonunun Musaküçə kəndində baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb. Dünən Masallı rayonunun Musaküçə kəndində baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Sünnət vaxtı ölən 5 yaşlı Kənanla bağlı təfərrüat - Meyiti götürərək qaçmaq istəyib

Dünən Masallı rayonunun Musaküçə kəndində baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az xəbər verir ki, sünnət vaxtı ölən 5 yaşlı Hüseynov Kənan Abutalıb oğlunun atası keçən il yol qəzasında vəfat edibmiş. Ailənin tək övladı olan Kənanı sünnət etdirmək istəyən doğmaları Ramiz Sadıqov adlı həkimi dəvət edib. Bu zaman uşağın ağladığını görən həkim ona iki sakitləşdirici vurub. Amma uşağın sakitləşmədiyini görən həkim onun üstünə qışqırıb. Azyaşlının babası uşağa su vermək istəsə də, həkim buna etiraz edib və hamını otaqdan çıxarıb.

Yaxınları bildiriblər ki, 5 yaşlı Kənan babasına yalvararaq otaqda qalmasını istəyib, lakin həkim onunda bayıra çıxmasını tələb edib. Bir qədər sonra isə iynələrin təsirindən Kənan vəfat edib. Çıxılmaz vəziyyətə düşən Ramiz Sadıqov meyiti götürərək qaçmaq istəyib.

Faktla bağlı Masallı rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Artıq körpənin meyitinin xarici və daxili müayinəsi həyata keçirilib. 5 yaşlı uşağın ölümünə səbəb olan 70 yaşlı həkim isə hələlik saxlanılmayıb.

Qeyd edək ki, Qafqazinfo saytı bu gün Kənanın ad günü olduğunu yazıb.

AzNews.az