Azərbaycan-Türkiyə birgə taktiki təlimləri sona çatdı - Video

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri mayın 5-də sona çatıb.

AzNews.az Müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, birgə təlimlərdə 1000 nəfərədək şəxsi heyət, 80-dək hərbi texnika, 60-dan çox artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş (Mi-35) və nəqliyyat (Mi-17) helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edib.