25 yaşlı gənc çayda boğularaq öldü - Video

Qaxda 25 yaşlı gənc çaya yıxılaraq ölüb.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, hadisə günorta saatlarında rayonun Qum kəndində baş verib. Qum kənd sakini Səxavət Mikayılovun meyiti Qum çayının kənd ərazisindən keçən hissəsində həmkəndliləri tərəfindən tapılıb.

Məlum olub ki, gənc ailəsinə məxsus torpaq sahəsində əkdiyi tərəvəz şitillərini suvarmaq üçün çayın suyunu yönləndirmək istəyib. Bu zaman o, ehtiyatsızlıqdan suya yıxılıb və başı çaydakı daşa dəyib. Huşsuz vəziyyətdə olan gənc boğularaq ölüb.